2023-cü ilin dekabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 604 min barel olub. Bunun 482 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.
Azərbaycan 2023-cü ildə neft hasilatını 7,4%, ixracı 4,2% - AZALDIB
Bu barədə FED.az-a Energetika Nazirliyindən bildirilib.
Qeyd edilib ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.
2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.