Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti qaydaları haqqında fərmanı imzalayıb.
Eləcə də bax: Çin Rusiya nefti və qazını rublla almağa - RAZILAŞIB
FED.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti özü bildirib.
Qeyd edək ki, Ukrayna ilə müharibəyə görə Qərbin sərt sanksiyaları ilə üz-üzə qalan Rusiya dost olmayan ölkələrlə qaz ticarətində ödənişlərin dollar və avro ilə aparılmasından imtina edərək rubla keçib.
Rəsmi Moskva bunu Qərbin Rusiyanın Mərkəzi Bankının valyuta ehtiyatlarını dondurmaq qərarına cavab olaraq atdığını açıqlayıb. (Apa)