Xarici işlər naziri Ceyhun Bayramov Fransa ilə münasibətlərin pisləşməsi fonunda iqtisadi sahədə əməkdaşlıq barədə suala cavab verib.
“TotalEnergies” və “SOCAR” dronlarla - METAN AŞKARLAYACAQ
FED.az xəbər verir ki, XİN-in ilin yekununa dair hesabat brifinqində çıxış edən nazir Azərbaycanda fəaliyyət gsötərən Fransanın "Total" şirkəri ilə bağlı bu sahədə ciddi risklər görmədiyini deyib.
“Biz məsələləri bir-birinə qarışdırılmasının tərəfdarı deyilik. “Total” şirkəti Abşeron yatağına illər əvvəl maraq göstərib və tenderi qazanıb. Kontrakt saziş var. Tərəflərin öhdəlikləri bu müqavilədə nəzərdə tutulub. Azərbaycana yüzlərlə şirkətlər investisiya qoyur, gəlir götürür və faydalanırlar. Ancaq onların hüquqları ilə yanaşı öhdəlikləri də var. Hesab edirəm ki, bu da həmin müqavilədə nəzərdə tutulan hüquqa əsasən tənzimlənəcək. Mən burada ciddi risklər görmürəm. İnanıram ki, həmin sazişlərdə bütün öhdəliklər və hüquqlar əks olunub”, - nazir deyib. (Apa)