Azərbaycandan ötən il Hindistana 1 milyon 168,9 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə İsrailə ixrac edilmiş neftin dəyəri isə təxminən 729,8 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 856,2 min ton (42,3%), dəyərində isə 497,2 milyon dollar (40,5%) azalma baş verib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Hindistan 1 milyard 227 milyon dollar dəyərində 2 milyon 25 min ton neft ixrac etmişdi.
Ötən il ərzində Hindistana ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 1 061 manat olub ki, bu da 2023-cü ilin göstəricisinə görə 31 manat (3%) çoxdur.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Hindistan 2024-cü ildə 4-cü, 2023-cü ildə isə 3-cü yerdə olub.