Bu ilin yanvar ayında Azərbaycan əvvəlki ilin eyni dövründə ixracat həyata keçirmədiyi bir neçə ölkəyə neft satıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ölkələr arasında ən çox neft Bolqarıstana ixrac edilib: 37,4 milyon dollar dəyərində 78,5 min ton. Tunisə 29,5 milyon dollar dəyərində 61,3 min ton, İndoneziyaya isə 17,9 milyon dollar dəyərində 38,6 min ton neft satılıb.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu üç ölkəyə neft ixracı qeydə alınmamışdı.
Bu ilin nəticələrinə görə, neftin bir tonunun orta qiyməti Bolqarıstanda 810 manat, Tunisdə 818 manat, İndoneziyada isə 788 manat təşkil edib.
Xam neft ixracı siyahısında Bolqarıstan 7-ci, Tunis 8-ci, İndoneziya isə 10-cu yerdə qərarlaşıb.










