Azərbaycandan bu ilin yanvar-mart ayları ərzində Çexiyaya 558,7 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə Çexiyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 304,7 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 388,3 min ton (3,3 dəfə), dəyərində isə 206,5 milyon dollar (3,1 dəfə) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan Çexiyaya 98,1 milyon dollar dəyərində 170,3 min ton neft ixrac etmişdi.
Ötən il ərzində Çexiyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 927 manat olub ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisinə görə 52 manat (5,3%) azdır.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Çexiyaya 2025-ci ilin yanvar-mart aylarının nəticələrinə görə 2-ci, 2024-cü ilin müvafiq dövründə isə 8-ci yerdə olub.