Azərbaycandan bu ilin yanvar-mart aylarında İtaliyaya 3 milyon 56 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə İtaliyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 1 milyard 702,8 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 1 milyon 124,7 min ton (58,2%), dəyərində isə 468,9 milyon dollar (38%) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayında isə Azərbaycan İtaliyaya 1 milyard 233,9 milyon dollar dəyərində 1 milyon 930,8 min ton neft ixrac etmişdi.
Ötən il ərzində İtaliyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 947 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 139 manat (12.8%) azdır.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İtaliya 2025-ci və 2024-cü ilin yanvar-mart aylarında 1-ci yerdə olub.