Bu ilin I yarısında Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) 38 milyon ABŞ dolları xərc çəkilib.
Eləcə də bax: BP-Azərbaycandan biznes əməliyyatları - Hesabatı
FED.az “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% çoxdur.
O cümlədən, son 1 ildə kəmərin əməliyyat xərcləri təxminən 23% artaraq 27 milyon dollara, əsaslı xərcləri isə 2,2 dəfə artaraq 11 milyon dollara çatıb.
2021-ci ilin yanvar-iyun aylarında CQBK-nin orta ötürücülük gücü 46,5 milyon kubmetr təşkil edib ki, bu da 1 il əvvələ nisbətən təxminən 42% çoxdur.
CQBK-nin sərmayədarları bunlardır: bp (28,8%), TPAO (19%), PETRONAS (15,5%), AzSCP (10%), NİKO (10%), LUKOYL (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%).
Kəmər 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz" qazını çatdırır. Kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya çatdırılmasına isə 2020-ci ilin dekabr ayında başlanılıb. (Report)