İyul ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 28 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye təbii qaz qurğularının istismarına icazə verilib.
Eləcə də bax: Cənubi Qafqaz Boru Kəmərinin xərcləri 40%, ötürücülük gücü isə - 42% Artıb
FED.az xəbər verir ki, ay ərzində qaz təchizatı üçün layihə sənədləri ekspertiza edilmiş və razılaşdırılmış tikinti obyektlərinin sayı 205 olub. Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 4 layihə sənədinin razılaşdırılmasından imtina edilib.
Agentlik tərəfindən 3 inzibati xəta haqqında protokol tərtib edilib və 17 qərar verilib.