“Bu ilin ilk 9 ayında “Petkim” tarixində maliyyə rekordunu qırıb. Hazırda şirkətin illik istehsal həcmi 3.6 min tondur”.
Eləcə də bax: Petkim Türkiyədə 55 milyon avroya - KÜLƏK ENERJİ STANSİYASI İNŞA EDİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu SOCAR Türkiyə Neft emalı və Neft-kimya birliyinin baş direktoru və “Petkim”in baş direktoru Anar Məmmədov İzmirdə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, “Petkim” 15 əsas istehsal müəssisəsində və 6 köməkçi müəssisədə 60-a yaxın müxtəlif növ məhsul istehsal olunur: “Petkim”də 50-dən çox ölkəyə məhsul ixrac edirik. Türkiyədə yeganə neft-kimyə istehsalçısıyıq. Türkiyə bazarı o qədər tez böyüyür ki, biz dəyişiklik eləməsək də, payımız azalır. İllik 3.6 milyon ton istehsal gücünə malikdir. Hazırda ebitdamız 380 milyon dollardır”.