Dünya İqtisadi Forumunda yer alan SOCAR Türkiyə sənaye 4.0 sahəsində dünya liderləri olan istehsal müəssisələrinin qəbul etdiyi "Global Lighthouse Network"da STAR NEZ və Petkim olaraq iki müəssisəsi yer alır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təxminən 55 milyon avro sərmayə dəyəri ilə qurulan Petkim KES (külək elektrik stansiyası) hər biri 3 meqavat gücündə 17 külək turbini ilə ildə 200 gigavatt elektrik enerjisi istehsal etməyi hədəfləyir.
Qeyd edək ki, Petkim KES sənayedə təmiz enerji resurslarının sənayedə istifadəsi və karbon emissiyalarının azaldılması üçün uğurlu model nümayiş etdirir. Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim”də ümumilikdə 2 500 adam işləyir. ” Petkim”in ardınca 400 milyon dollarlıq SOCAR Terminal, 6,3 milyard dollarlıq STAR neft emalı zavodu və 600 milyon dollarlıq anbar investsiyasını, eləcə də 6,5 milyard dollarlıq TANAP layihəsini həyata keçirən SOCAR-ın Türkiyədəki ümumi investsiya yatırımı həcmi 15 milyon dolları ötüb.