2022-ci ildə neft-qaz qiymətlərinin yüksək olması neft şirkətlərinə indiyədək görünməyən yüksək gəlirlər gətirəcək.
Eləcə də bax: Avropanın qaz anbarları artıqlamasıyla – QAZLA DOLDURULUB
FED.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) 2022-ci ilin sonuna qədər neft və qaz şirkətlərinin gəlirlərinin 4 trilyon dollara yüksələcəyini proqnozlaşdırıb.
«Enerji böhranı səbəbindən dünyada neft və qaz şirkətlərinin gəlirləri ilin sonuna kimi 4 trilyon dollara yüksələcək». Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, «2022-ci ildə neft və qaz şirkətlərinin gəlirləri enerji qiymətlərinin kəskin artması nəticəsində əlavə 2 trilyon dollar hesabına 100% artacaq».
Eyni zamanda, BEA-nın icraçı direktoru Fatih Birol - neft və qaz şirkətlərini gözlənilməz gəlirlərini təmiz enerjinin inkişafına yatırmağa çağırıb ki, dünya 2050-ci ilə qədər zərərli emissiyaları sıfıra endirmək hədəflərinə nail olsun.
BEA enerji qiymətlərindəki bu cür dəyişikliklərin bu qış elektrik enerjisi haqqını ödəyə bilməyəcək ev təsərrüfatlarına mənfi təsir göstərdiyinə diqqət çəkib.
Qeyd edək ki, bir neçə gün əvvəl Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş bütün ölkələri neft və qaz şirkətlərindən əlavə vergi tutmağa çağırmışdı.