Avropanın qaz anbarları qazla doldurulub.
FED.az- xəbər verir ki, bu barədə Avropanın qaz operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.
Qurumun açıqlamasına görə, ümumilikdə Avropanın qaz anbarları 93,6% doldurulub, o cümlədən Almaniyada anbarlar 97,5% qazla təmin edilib.
Qurum bildirir ki, hətta Avropa anbarlarındakı qazın həcmi qışda ola biləcək tələbatı da üstələyib. Buna səbəb havaların isti keçməsi və qazın çox istifadə olunmaması, eləcə də Avropa ölkələrinin aktiv şəkildə sıxılmış qaz almasıdır.
İtaliyanın energetika şirkəti olan «Illumia»nın baş meteoroloqu Cakomo Masato bildirib ki, bu vəziyyət azı dekabra kimi davam edəcək. «Noyabrda Avropada çətin ki kəskin soyuqlar baş versin»-deyə ekspert bildirib.
Assosiasiyanın məlumatına görə, Avropa qaz anbarları ümumilikdə 93,6%, Almaniyanın qaz anbarları isə 97,5% qazla doludur.
Amma ekspertlər bildirir ki, hava gözləniləndən soryuq olsa, bu həcm Almaniyaya cəmi 2 ay kifayət edəcək. Ona görə də Avropa sıxılmış qaz almaqda davam etməlidir.