2024-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 693,2 milyon manatlıq siqaret və içki məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-avqust aylarına nisbətən 0,7% çoxdur.
Bu ilin 8 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,5% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.
Təkcə avqust ayında siqaret və içkiyə xərclənən vəsaitin məbləği isə 218,6 milyon manat təşkil edib.