2023-cü ilin yanvar-may aylarında Azərbaycanda istehsal edilən elektrik enerjisinin ümumi həcmi 11,886 kilovat-saat olub.
Bu il Azərbaycan Avropaya 5 milyard kubmetr - Təbii Qaz Satıb
FED.az bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Tvitter hesabındakı paylaşımına istinadən xəbər verir.
Bu müddət ərzində ölkədəki istilik elektrik stansiyalarının payına istehsal edilən elektrik enerjisinin ümumi həcminin 93 faizi düşüb, yerdə qalan 7 faizi isə bərpa olunan enerji mənbələrindən istehsal edilən enerji təşkil edib.
O cümlədən, 2023-cü ilin hesabat dövründə su elektrik stansiyalarında istehsal edilən elektrik enerjisi 672,3 milyon kilovat-saat təşkil edib. Külək elektrik stansiyaları 26,4 milyon kilovat-saat, günəş elektrik stansiyaları 25,4 milyon kilovat-saat, bərk məişət tullantılarının emalı zavodu isə 107,3 milyon kilovat-saat enerji istehsal ediblər.
2022-ci ildə ölkədə 28,988 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib ki, bu da illik hesablamada 4 faiz çoxdur. İxracın payına 3 milyard kilovat-saat elektrik enerjisi düşdüyü halda idxal 137,1 milyon kilovat-saat təşkil edib.