Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 603,6 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycana "Aİ-95" və "Aİ-98" benzininin idxalı bu il - Kəskin Artıb
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 3 % çoxdur.
Hesabat dövründə 478,7 min ton həcmində avtomobil benzini, 1 milyon 016,6 min ton dizel yanacağı, 20,5 min ton sürtkü yağları, 92,2 min ton neft bitumu istehsal edilib.
Belə ki, bu ilin 5 ayı ərzində Azərbaycanda avtomobil benzini istehsalı 5,4 %, neft bitumunun istehsalı 7,7 % azalıb, dizel yanacağının istehsalı isə 9,2 %, sürtkü yağlarının istehsalı 79,8 % artıb.
Həmçinin, bu ilin ilk 5 ayında ölkədə 176,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 189,5 min ton ağ neft, 24,4 min ton yanacaq mazutu, 110,5 min ton neft koksu istehsal edilib.
Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 34,4 %, neft koksunun istehsalı 16,1 % artıb, ağ neftin istehsalı 10,5 %, yanacaq mazutunun istehsalı 36,6 % azalıb. (Report)