Bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” yataqları bloku (AÇG) üzrə fəaliyyətlərə təqribən 243 milyon dollar əməliyyat məsrəfləri və 698 milyon dollardan artıq əsaslı məsrəflər xərclənilib.
Bu barədə FED.az BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.
Beləliklə, cari ilin birinci rübündə AÇG üzrə ümumi xərclər 941 milyon dollar təşkil edib.
Hesabata əsasən, 2024-cü ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (22 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (77 000), Şərqi Azəri (52 000), Dərinsulu Günəşli (57 000), Qərbi Çıraq (29 000) və ACE (3,000) platformalarından birlikdə – gündə orta hesabla 336 000 barel və ya ümumilikdə təxminən 61 milyon barel, yəni 8 milyon ton olub.
“İyun ayının sonunda AÇG-də ümumilikdə 144 neft hasilatı quyusu, 45 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub”, - hesabatda qeyd olunub.
Bildirilib ki, ilin birinci yarısında AÇG-də 9 neft hasilatı və 1 su injektoru quyusu tamamlanıb (Apa).