2019-cu il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri üzrə əməliyyat xərclərinə təqribən 138 milyon ABŞ dolları sərf olunub.
Eləcə də bax: Azərbaycanın ən böyük neft sahəsindən - HASİLAT AZALIB
FED.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2019-cu ilin yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Bildirilir ki, bu, 2018-ci il göstəriciləri ilə müqayisədə 22 mln dollar və ya 19% çoxdur.
2019-cu il ərzində boru kəmərinin fəaliyyəti üzrə əsaslı xərclər isə təqribən 44 mln dollar olub ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 3 mln dollar və ya 7,32% çoxdur.
İl ərzində isə BTC vasitəsilə təqribən 31 mln ton (233 mln. bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 296 tankerə yüklənib. Bu, 2018-ci illə müqayisədə 3 mln ton və ya 8,82% azdır.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2019-cu ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 447 mln tondan artıq (3,35 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 4 381 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); “Chevron” (8,90%); “Equinor” (8,71%); TPAO (6,53%); “Eni” (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ExxonMobil” (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.
Report