Britaniyada elektrik enerjisinin qiymətinin qalxması səbəbindən pabların 70%-i bağlana bilər.
FED.az xəbər verir ki, bu barədə «Morning Advertiser» məlumat yayıb.
Nəşrin keçirdiyi sorğuda pab sahiblərinin 65%-dən çoxu etiraf edib ki, kommunal xərclər iki dəfəyə yaxın artıb. Pab sahiblərinin 30%-i hətta qiymətlərin 200% (təxminən 3 dəfə), pab sahiblərinin 8%-i isə qiymətlərin 500% (yəni 6 dəfə) artıdığını bildirib.
Pab sahibləri bildirir ki, belə davam etsə pambların 4-də 3-ü həmişəlik bağlanacaq.
Sahibkarlar bildirir ki, pabların bağlanmasının qarşısını almaq üçün dövlət tərəfindən tədbirlər görülməli – ƏDV aşağı salınmalı və enerjinin qiymətinin artmasına limit qoyulmalıdır.