BP şirkəti Gürcüstanın Qara dənizdəki Supsa limanından neftin göndərilməsini bərpa edəcək.
Ceyhandan Azərbaycan neftinin ixracı yaxın vaxtda - Normal Qrafikə Qayıdacaq
FED.az xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz bu gün şirkətin 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələdən sonra alternativ olaraq Bakı-Supsa neft boru kəməri ilə göndərilməsinə də imkan yaranıb: "Artlıq Supsa limanına 2 tanker neft tədarük edilib”.
O bildirib ki, hava şəraitindən asıllı olaraq bu neft həcmlərinin dünya bazarlarına göndərilməsi həyata keçiriləcək. (Report)