“Bizim dəniz platformalarımız və obyektlərimiz layihələndirilərkən bütün hava şəraitləri nəzərə alınaraq ən yüksək texniki təhlükəsizlik standartlarına uyğun inşa olunur”.
BP: "Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac əməliyyatları davam edir"
FED.az xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı Xəzər dənizi akvatoriyasında güclü küləyin qalxacağı ilə bağlı suala cavab verərkən bildirib.
Onun sözlərinə görə, bundan əlavə, Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin iştirakçısı olan BP şirkətinin bu cür hava şəraitində dənizdəki əməliyyatlarımızı idarə etmək üçün xüsusi əməyin təhlükəsizliyi qaydaları var: “Belə hava şəraitlərində həmin qaydalar mütləq şəkildə işə salınır və bütün dəniz obyektlərimizdə onlara ciddi riayət olunur”.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq fevralın 10-u gündüzədək Xəzər dənizi akvatoriyasında şimal-qərb-şimal küləyinin sürətinin 18-23 ms, arabir 25-28 ms-dək güclənəcəyi gözlənilir. Proqnoza əsasən, külək fevralın 8-i gündüzdən 9-u gündüzədək açıq dənizdə arabir 30-35 ms qədər güclənəcək. Dalğanın hündürlüyünün 3-5 metr, sonrakı inkişafda 6-8 metr olacağı bildirilir. (Apa)