BP-nin bu ilin birinci rübündə mənfəəti illik müqayisədə 45 faiz azalıb.
BP Azərbaycana yatırılan investisiyaların həcmini - AÇIQLADI
FED.az xəbər verir ki, BP-nin bu ilin ilk rübündə mənfəəti 2,7 milyard dollar olub. Şirkətin birinci rübdən bazar gözləntisi 2,87 milyard dollar idi.
BP-nin mənfəətinin azalması neft-qaz qiymətlərinin aşağı düşməsi və ABŞ-dakı neft emalı zavodunda yaranan fasilələrlə bağlı olub.
Şirkət həmçinin növbəti üç ay üçün 1,75 milyard dollarlıq səhmlərin geri alınması proqramını açıqlayıb.
BP-nin baş icraçı direktoru Murray Auchincloss şirkətin birinci rübdə güclü performans göstərdiyini və strategiyalarında irəliləyiş əldə etdiklərini bildirib. O qeyd edib ki, rəqəmsal transformasiya və qlobal istedad mərkəzləri vasitəsilə 2026-cı ilin sonuna qədər xərcləri ən az 2 milyard dollar azaltmağı planlaşdırırlar.
Qeyd edək ki, BP-nin ötən ilin birinci rübündə mənfəəti 5 milyard dollar olub. (Azərtac)