BP Azərbaycanda və regionda həyata keçirilən layihələrə yatırılan investisiyaların həcmini açıqlayıb.
FED.az xəbər verir ki, "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlının sözlərinə görə, BP şirkəti və onun tərəfdaşları Azərbaycanda və regionda həyata keçirilən layihələrə indiyədək 84 milyard ABŞ dollarından artıq investisiya yatırıb.
O qeyd edib ki, BP indi Azərbaycanda yaşıl enerji layihəsini (Cəbrayılda günəş elektrik stansiyasının tikintisi - rəd.) həyata keçirməyi planlaşdırır, bu layihə şirkətin sıfır neytrallığa nail olmaq məqsədinə və bərpa olunan enerji sektorunun inkişafında Azərbaycanın maraqlarına cavab verir. (Apa)