bp şirkəti bu günə kimi Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib.
BP-nin və tərəfdaşlarının Azərbaycana investisiyaları 85 milyard dollar təşkil edib
FED.az xəbər verir ki, bunu bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O bildirib ki, təkcə “Şahdəniz” qaz-kondensat yatağından bu günə kimi 200 milyard kubmetrdən artıq qaz hasil olunub. (Trend)