Xəzər dənizində bir sıra iri layihələrin operatoru olan BP şirkətinin və onun tərəfdaşlarının Azərbaycandakı layihələrə investisiyaları 85 milyard ABŞ dolları təşkil edib.
AÇG-dəki yeni ACE platformasından - HASİLAT BAŞLANDI
FED.az xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O qeyd edib ki, bütün dövr ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard bareldən çox neft hasil edilib: "İndiyədək Azərbaycan hökumətinə təmənnasız olaraq 50 milyard kubmetrə yaxın səmt qazı verilib, "Şahdəniz" yatağından isə 200 milyard kubmetrdən çox təbii qaz hasil edilib". (Report)