2019-cu ilin üçüncü rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2524 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Bu barədə FED.az-a BP şirkətindən bildirilib.
Eləcə də bax: SOCAR-ın işçilərinin - SAYI ARTIB
2018-ci ilin 3-cü rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2557 nəfər idi. Beləliklə, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 33 nəfər azalıb.
2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edirdi. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarət idi.