Ölkənin ən böyük şirkəti olan SOCAR 51 min 125 işçi qüvvəsinə malikdir.
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.
Eləcə də bax: SOCAR-da işçilərin maaşı - ARTIRILDI
Qeyd edilir ki, ötən il şirkətin işçilərinin sayı 2017-ci ilə görə 2417 nəfər artıb.
2018-ci ildə SOCAR Azərbaycanın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 5 zavod, 2 trest və 1 institut daxil olmaqla 28 struktur bölməsi fəaliyyət göstərib. Eyni zamanda, şirkət Xəzər dənizinin Azərbaycan sektorunda və quruda yerləşən yataqlarda Hasilatın Pay Bölgüsü sazişləri üzrə tərəfdaşdır.
Azərtac