“Şahdəniz”in çox gözəl hasilatı var və hər zaman 100 faiz effektivliklə çalışır. Buradan illik 200 milyard kubmetr qaz hasil edilir ki, bu da regionun enerji təminatını qarşılayır.
“Azərbaycan təbii qaz ixracını 8 %-dən çox artırıb”
FED.az xəbər verir ki, bu sözləri BP-nin maliyyə məsələləri üzrə vitse-prezidenti Colin Alan “SPE Caspian Technical Conference and Exhibition” tədbirində bildirib.
“Bu gün “Azəri-Çıraq-Günəşli”dən olan məlumatlara görə deyə bilərik ki, yenə də potensial qaz layları var. Biz düşünürük ki, karbonasiyaya da böyük töhfəmiz ola bilər. Regionda bu işləri görməklə yanaşı, korporativ vətəndaş kimi bir çox işlər görürük. Yüzlərlə yeni sosial layihələr təşkil edərək icmaların inkişafına dəstək veririk, onların potensiallarını üzə çıxarırıq. Sosial layihələrə tərəfdaşlarımızla birlikdə 100 milyarddan çox pul xərcləmişik”,- deyə Colin Alan bildirib.
O qeyd edib ki, Azərbaycanda formalaşdırılmış infrastrukturlar var: “BTC boru kəməri çox gözəl mühəndislik nəticəsidir. Son 17 ildir ki, karbohidratları Aralıq dənizinə ətraf mühitə zərər vurmadan çatdırır. Buradan 4,5 milyard barel neft xaric olunub. Azərbaycanda yerli potensiallar da inkişaf etdirilib və təkmilləşdirilib”. (Azərtac)