Azərbaycandan bu ilin yanvar-aprel ayları ərzində Böyük Britaniyaya 243,9 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə Böyük Britaniyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 137,3 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 223,4 min ton (11,9 dəfə), dəyərində isə 126,3 milyon dollar (12,5 dəfə) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Böyük Britaniyaya 11 milyon dollar dəyərində 20,6 min ton neft ixrac etmişdi.
Bu ilin 4 ayının nəticələrinə əsasən Böyük Britaniyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 957 manat olub ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisinə görə 50 manat (5,5%) çoxdur. Ötən ilin müvafiq dövründə bu göstərici 907 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Böyük Britaniya 2025-ci ilin yanvar-aprel aylarının nəticələrinə görə 7-ci, 2024-cü ilin müvafiq dövründə isə 18-ci yerdə olub.