Azərbaycandan bu ilin yanvar-aprel ayları ərzində Çexiyaya 558,7 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə Çexiyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 304,7 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 134 min ton (31,6%), dəyərində isə 32,9milyon dollar (12,1%) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Çexiyaya 271,7 milyon dollar dəyərində 424,7 min ton neft ixrac etmişdi.
Bu ilin 4 ayının nəticələrinə əsasən Çexiyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 927 manat olub ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisinə görə 161 manat (14,8%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1 088 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Çexiya 2025-ci ilin yanvar-aprel aylarının nəticələrinə görə 2-ci, 2024-cü ilin müvafiq dövründə isə 5-ci yerdə olub.