2022-ci ildə Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi 2021-ci ilin göstəricisi ilə müqayisədə 9,4% azalaraq - 1,2 milyard funt sterlinqə qədər azalıb.
Nazir: "Dövlət büdcəsində neftin qiymətinə dəyişiklik üçün əsaslar var"
FED.az xəbər verir ki, Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentindən məlumat verilib ki, hesabat dövrü ərzində Azərbaycana Britaniya ixracının həcmi 763 milyon funt (ildən ilə azalma 20,4%) təşkil edib.
Öz növbəsində, Azərbaycandan Böyük Britaniyaya ixracın həcmi 413 milyon funt (ildən ilə artım 21,8%) təşkil edib.
Britaniya ixracının strukturunda avtomobil (200,9 milyon funt və ya bütün əmtəə ixracının 48,4%-ni), elektrik generatorları (68,5 milyon funt) və ümumi sənaye məqsədli avadanlıqlar (21,2 milyon funt) üstünlük təşkil edib.
Öz növbəsində, Azərbaycandan Böyük Britaniyaya neft tədarükü 285,9 milyon funt və ya bütün ixracın 79,9% -ni, elektrik generatorları - 48,9 milyon funt, alətlər - 4,5 milyon funt təşkil edib.
Bütövlükdə, Böyük Britaniyanın xarici ticarətində Azərbaycanın payı 0,1% təşkil edib. (İnterfaks-Azərbaycan)