Bolqarıstan Rusiyadan qaz kəmərinin bağlanması təqdirində əlavə təbii qaz həcmlərinin tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətindədir.
Eləcə də bax: "Bulgargaz": Bolqarıstan Azərbaycan qazını mümkün olan maksimum - HƏCMDƏ ALIR
FED.az xəbər verir ki, bunu ölkənin energetika naziri Aleksandr Nikolov deyib.
Onun sözlərinə görə, Rusiyadan tədarüklə bağlı problemlərin yaranacağı halda bir sıra real alternativlər, o cümlədən "Cənub Qaz Dəhlizi" üzrə tədarük alternativi mövcuddur.
Nazir əlavə edib ki, Yunanıstan ərazisindən mayeləşdirilmiş təbii qazın tədarükləri də mümkündür.
Qeyd edək ki, Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi vasitəsilə Azərbaycandan ildə bir milyard kubmetr qaz əldə etməyi planlaşdırır. IGB-nin 2022-ci ilin iyulunda işə salınması nəzərdə tutulur. (Trend)