Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisindəki ləngimələrlə əlaqədar tədarükün müvəqqəti reallaşdırıldığı marşrut üzrə Azərbaycan qazını mümkün olan maksimum həcmdə alır.
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu "Bulgargaz" qazpaylayıcı şirkətinin direktorlar şurasının üzvü Svetoslav Delçev deyib.
"Yunanıstanla interkonnektorun olmaması ilə əlaqədar ölkəmiz müqavilə ilə müəyyən olunmuş illik bir milyard kubmetr qaz həcminin üçdə bir hissəsindən çoxunu ala bilmir. Bu, həmin marşrut üzrə ala biləcəyimiz maksimum həcmdə qazdır. Yunanıstandan Bolqarıstana qaz kəmərinin tikintisində ləngimələrə görə Bolqarıstan itkilərlə üzləşir. Ölkəmiz Azərbaycan qazını razılaşdırılmış qiymətlərlə satın almaqda davam edir", - deyə o bildirib.