Bu ilin yanvar ayında elektrik enerjisinin istehsalı 2401,6 milyon kVt·st təşkil edib.
Bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edildi
FED.az xəbər verir ki, Energetika Nazirliyinin məlumatına görə, hesabat dövründə İstilik Elektrik Stansiyaları üzrə 2 229,3 milyon kVt·st, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 81,1 faiz və ya 77,2 milyon kVt·st artımla 172,3 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvarda ixrac 116,3 milyon kVt·st, idxal isə 19 milyon kVt·st təşkil edib.