Hazırda Azərbaycanın ümumi enerji istehsalı gücü 7 538 MVt təşkil edir.
Eləcə də bax: Azərbaycan gələn il bərpa olunan enerjinin payını - 22%-Ə ÇATDIRMAQ NİYYƏTİNDƏDİR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təqdimatında deyilir.
Məlumata görə, ümumi enerji istehsalının 6 238 MVt-ı termal qurğuların, 1 151 MVt-ı elektrik stansiyalarının, 42 MVt-ı günəş panelləri, 63 MVt-ı külək enerjisi, 37 MVt-ı tullantıdan alınan enerji və 7 MVt-ı hibrid stansiyalarının payına düşür.
Qeyd olunub ki, 2023-cü ilədək bərpa olunan enerji mənbələri sayəsində Azərbaycanın ümumi enerji istehsalı gücünə əlavə 440 MVt, 2023-2025-ci illərdə 460 MVt, 2026-2030-cu illərdə isə 600 MVt əlavə olunacaq.
Xatırladaq ki, 2022-ci ildə bərpa olunan enerjinin Azərbaycanın ümumi enerji istehsalındakı payının 22%-dək çatdırılması planlaşdırılır.