Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının bahalaşması 2021-ci ilin sonunadək ölkədə yanacaq bazarının dövriyyəsini 300 milyon manatadək artıra bilər.
Eləcə də bax: Azərbaycanda yanacağın bahalaşmasına görə - KOMPENSASİYA VERİLƏCƏK - QƏRAR
FED.az xəbər verir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
O qeyd edib ki, qiymətlərin artması həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlaradək çatdırılması, ekoloji mühitin yaxşılaşmasına təsiri, neft emalı sənayesinin rekonstruksiyası və modernləşməsi işlərinin davam etməsi ilə əsaslandırılıb.
Dizel yanacağının ətraf mühitə təsirinin azaldılması məsələsinə gəldikdə İ.Şaban bildirib ki, dizel yanacağı istifadə edən nəqliyyat vasitələri üçün əlavə vergilər tətbiq etmək lazımdır.
O xatırladıb ki, son bir neçə il ərzində Azərbaycanda dizel yanacağından istifadə edən avtomobillərin sayı 3 dəfə artıb. (Trend)