Xəbər verildiyi kimi, Tarif Şurasının qərarı ilə A-92 benzini vıə dizel yanacağının qiyməti artırılıb.
FED.az xəbər verir ki, benzinin qiyməti 90 qəpikdən 1 manata, dizel isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb.
Tarif Şurasının qərarına görə, dizelin bahalaşmasının sərnişindaşıma ilə məşğul olan sahibkarlara təsirinin azaldılması üçün onlara kompensasiya ödəniləcək.
Təcili: Azərbaycanda benzin və dizel bahalaşdı - YENİ QİYMƏTLƏR
«Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır».
Şuranın məlumatında bildirilir ki, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir.
«Bununla yanaşı, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaqdır»-deyə bildirilir.