Star Türkiyənin işlənmiş neft məhsulları ehtiyacının təxminən 25%-ni qarşılayır.
Eləcə də bax: STAR NEZ - in ümumi investisiya məbləğinin 7 milyard dollar olacağı - GÖZLƏNİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu Socar Türkiyə Neft Emalı və Neft Kimya İş Birliyinin və Petkimin Baş icracı direktoru Anar Məmmədov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, "Star" Neft Emalı Zavodu Avropa, Orta Şərq və Afrika (EMEA) bölgəsindəki son zamanlarda reallaşdırılan ən böyük neft emalı üzərə layihələrindən biridir.
A.Məmmədov qeyd edib ki, neft emal zavodunun istismar çevikliyini, səmərəliliyini və logistika qabiliyyətini daha da inkişaf etdirmək üçün həyata keçirilən əlavə investisiyalarla birlikdə ümumi investisiya məbləğinin 7 milyard dollar olacağı gözlənilir.
"İldə 11 milyon ton xam neft emal həcmi olan "Star" Neft Emal Zavodu, dizel və naftadan əlavə, Türkiyədəki cari çatışmazlığın əhəmmiyyətli komponentlərindən olan təyyarə yanacağı və LPG kimi neft məhsulları da istehsal edir. Türkiyənin işlənmiş neft məhsulları ehtiyacının təxminən 25%-ni qarşılayır", - deyə o bildirib.
A.Məmmədov onu da bildirib ki, gündəlik 35 min kub metr xam neft işləmə qabiliyyətinə malik olan neft emalı zavodunun saxlama tutumu 2020-ci ildə yeni məhsul çənləri layihəsinin tamamlanması ilə 1.9 milyon kub metrə çatdı.
"Səmərəliliyi və əməliyyat rahatlığını artırmaq üçün təxminən 600 milyon dollar əlavə saxlama investisiyaları qoyulur. Bu investisiyalar başa çatdıqda, "Star" Neft Emalı Zavodunun anbar tutumu 1,6 milyon kub metrdən 2,2 milyon kub metrə qədər artacaq. Bu həcm ildə 11 milyon ton neft emal edən bir neftayırma zavodu üçün ideal ölçüdür. Bu şəkildə Star Neft Emalı Zavodunda xammal qaynağı çeşidliliyi yarana biləcək. Bu layihələrdən birinin 2021-ci ildə, digərinin isə 2022-ci ildə tamamlanması hədəflənir", - deyə o qeyd edib.