Bu ilin yanvar ayında magistral qaz kəmərləri ilə 3 milyard 562,6 milyon kub-metr qaz nəql edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əvvəlki ilin yanvar ayına nisbətən 8% azalma müşahidə olunub.
Qazın nəqlinin 46,4 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 1 milyard 651,5 milyon kub-metr qaz ötürülüb.