Uzun illərdir ki, fəaliyyətdə olan istehsalat qurğuları, saxlanma anbarları və çənlər tarixə qovuşacaq.Onlar sökülərək yerində park və yaşayış üçün daha əlverişli şərait yaradılacaq.
FED.az xəbər verir ki, söhbət keçmiş "Azərneftyağ" zavodunun ərazisindən gedir.
Eləcə də bax: Bakı Ağ Şəhər-də Azərbaycanın - ƏN UNİKAL LAYİHƏSİ TİKİLİR
Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, paytaxtın Xətai rayonunda yerləşən "Azərneftyağ" zavodunun ərazisində olan qurğuların və çənlərin demontaj olunmasına başlanılıb. Ərazi yaxın zamanda "Ağ Şəhər" layihəsinə təhvil veriləcək.
Hazırda zavodda ilkin neft emalı qurğusu fəaliyyət göstərir. Bakı Neft Emalı Zavodunda qurğularda dayanma olduğu halda ilkin neft emalı qurğusunun istifadəsi müəyyən məhsulların istehsalını əvəzləməyə imkan verir.
İbrahim Əhmədov onu da bildirib ki, zavod ərazisində bütün işlərin 2025-ci ilədək tamamlanması nəzərdə tutulur.
xezerxeber.az