“Azərişıq” ASC “Rəqəmsal Şəbəkə” layihələri üçün inteqrasiya olunmuş fiber-optik kabelli 35 kilovoltluq yeraltı kabellər və özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) çəkməyi planlaşdırır.
Gələn ildən Azərbaycanda İlon Maskın - «STARLİNK» İNTERNETİ İŞLƏYƏCƏK
FED.az xəbər verir ki, bu fikirlər “Azərişıq”ın 2023-2027-ci illəri əhatə edən Strateji İnkişaf Planında (ASİP) öz əksini tapıb.
ASİP-də qeyd edilir ki, bununla bağlı pilot layihə hazırlanır. Belə kabellər ASC-nin abonentlərini elektrik enerjisi ilə bərabər, etibarlı yüksəksürətli internet və rabitə ilə təmin etməsinə imkan verəcək, bununla dövlət büdcəsinə qənaət ediləcək. (Azərtac)