“Azəriqaz” Ramil Usubovun oğlu Raul Usubova məxsus istixanaya borc yazılmasına görə məhkəmə prosesi ilə bağlı açıqlama yayıb.
Eləcə də bax: Ramil Usubovun oğlu - 50 MİN CƏRİMƏLƏNİB - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı həmin açıqlamanı təqdim edir:
“Bəzi Kütləvi İnformasiya Vasitələrində “Azəriqaz” İB ilə istixana sahibi arasında məhkəmə prosesi ilə bağlı məlumatlar dərc olunur və bu prosesdə qarşı tərəfin kimliyi məsələnin mahiyyətindən daha çox qabardılır. Bildiririk ki, məhkəmə predmeti olan mübahisələrdə abonentlərin məxfiliyi Birlik tərəfindən birmənalı olaraq qorunur.
Eləcə də bax: Sahibkarlar "Azəriqaz"dan qaz pulu borcunu - ARAŞDIRMAĞI XAHİŞ EDİBLƏR
“Azəriqaz” İB-nin abonentlərin qohumluq əlaqələrini təftiş etmək kimi niyyət və məqsədi yoxdur. Çünki şəxslərin kimliyi hansısa tərəfə əlahiddə üstünlük vermir. İstənilən mübahisələr məhkəmələrin çıxardığı qərarla tənzimlənir”.