“Azəriqaz” İstehsalat Birliyinin boru təminatı ilə bağlı problemləri artıq həllini tapıb.
Eləcə də bax: "Azəriqaz"dan limitlərlə bağlı açıqlama - RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
“Borular ilə bizdə müəyyən çətinliklər yaranmışdı. Ona görə ki, boru ilə təmin edən ölkələr əsasən Rusiya və Ukrayna olduğu üçün, bu sahədə bir sıra problemlər var idi (Rusiya və Ukrayna arasında olan münaqişəsi fonunda – red.)”
Ruslan Əliyev onu da əlavə edib ki, artıq qeyd olunan problemlər həllini tapıb. (Apa)