Dünya bazarında Azərbaycan nefti kəskin ucuzlaşıb.
FED.az xəbər verir ki, ötən gün "Azeri light " markalı xam neftin qiyməti 7,36 ABŞ dolları və yaxud 11,55% artaraq 71,1 dollar təşkil edib.
Neftin bahalaşması Yaxın Şərqdə baş verən hadisələr, daha dəqiqi Yəməndəki husi qüvvələrinin Səudiyyə Ərəbistanının iri neft obyektlərinə hava hücumu ilə bağlıdır. Hücum nəticəsində Səudiyyə neft hasilatını kəskin azaltmalı olduğuna görə, bu hadisə qiymətləri artırıb.
Eləcə də bax: Gələn ilə Azərbaycanda neftin büdcə qiyməti - AÇIQLANIB
Azərbaycan neftinin 71 dollara keçməsi büdcə üçün yaxşı xəbərdir. Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin qiyməti 60 dollardan nəzərdə tutulub və bu qiymətdən yuxarı hər dollar büdcəyə əlavə gəlirin gəlməsi deməkdir.
Eləcə də bax: Dövlət büdcəsi yenidən profisitə çıxıb - ARTIQ PUL VAR