Azərbaycanın dövlət büdcəsi yenidən profisitə çıxıb.
FED.az xəbər verir ki, Dövlət Statatistika Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 14 milyard 810 milyon manat, xərcdəri isə 14 milyard 712 milyon manat təşkil edib. Nəticədə ilk 8 ayın nəticələri üzrə büdcədə 98,2 milyon manat profisit yaranıb.
Eləcə də bax: Azərbaycanın dövlət büdcəsinin kəsiri - 667 MİLYON MANATI ÖTÜB
Qeyd edək ki, bu dövlət büdcəsində ardıcıl 3 aylıq kəsirdən sonra ilk profisitdir. Belə ki, büdcənin profisiti
yanvar ayında 828,0 milyon manat,
yanvar-fevral aylarında 578,1 milyon manat
yanvar-mart aylarında 403,8 milyon manat
yanvar-aprel aylarında isə 282,9 milyon manat təşkil edib.
May ayından etibarən büdcədə kəsir yaranmağa başlayıb. Belə ki, büdcə kəsiri
Yanvar-may aylarında 426,8 milyon manat
Yanvar-iyun aylarında 545,5 milyon manat
Ynavar-iyul aylarında isə 667,2 milyon manat olub.
Nəhayət, yanvar-avqust aylarının nəticəsi olaraq büdcədə 98,2 milyon manat profisit yaranıb.