Azərbaycan və Rusiya Xəzər dəniz şelfində birgə həyata keçirmək üçün potensial yeni layihəni nəzərdən keçirir.
FED.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Planlarımızda bir sıra layihələr, o cümlədən Xəzər şelfində birgə yeni layihənin icrası var”, - deyə o qeyd edib.
A.Novakın sözlərinə görə, iki ölkə arasında neft-qaz sektorunda çoxillik əlaqələr mövcuddur və birgə layihələr həyata keçirilir: “Rusiyanın “Lukoyl” şirkəti demək olar ki, 20 %-nə sahib olduğu “Şahdəniz” kimi tanınan layihəyə böyük investisiya yatırıb. Bizim neft və neft məhsullarının tədarükü ilə bağlı layihələrimiz var”. (Report)