Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Türkiyəyə cəmi 8 milyard 171,3 milyon kub metr təbii qaz ixrac edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Türkiyəyə ixrac edilmiş qazın dəyəri 2 milyard 215,8 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 22,9 milyon kub metr (0,3%) artım olsa da, dəyərində 290,8 milyon dollar (11,6%) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan Türkiyəyə 2 milyard 506,7 milyon dollar dəyərində 8 milyard 148,4 milyon kub metr qaz ixrac etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Türkiyəyə ixrac edilmiş qazın hər 1000 kub metrinin orta dəyəri 271 dollar olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 36 dollar (11,7%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 307 dollara bərabər olub.










