2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş neft ehtiyatlarının həcmi 7 milyard barel və ya 1 milyard ton təşkil edib.
Eləcə də bax: Azərbaycan iyun ayında “OPEC+” üzrə öhdəliyini - Yerinə Yetirib
Bu barədə FED.az BP şirkətinin hər il dərc etdiyi dünya energetikası üzrə statistik icmalına istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 2019-cu ilin sonuna olan göstərici ilə eynidir.
Hesabata əsasən, 2000-ci ilin sonuna ölkənin neft ehtiyatlarının göstəricisi 1,2 milyard barel təşkil edib.
2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 2,5 trilyon kubmetr təşkil edib.
BP-nin dünya energetikası üzrə statistik icmalına əsasən, bu da daha əvvəlki ilin göstəricisinə bərabərdir. 2000-ci ilin sonunda bu göstərici 1 trilyon kubmetr təşkil edib. (Report)