2022-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan 2 milyard 943 milyon 901 min dollar dəyərində 4 milyon 900 min 369 ton xam neft ixrac edilib. 2021-ci ilin 2 ayı ərzində Azərbaycandan 2 milyard 44 milyon 472 min dollar dəyərində 5 milyon 694 min 291 ton xam neft ixrac edilmişdi.
Eləcə də bax: Azərbaycanın ixracında neft-qaz malları ilə - SIÇRAYIŞ
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neftin ixracı dəyər ifadəsilə 899 milyon 429 min dollar və ya 44% artıb, fiziki miqdar ifadəsilə 793 min 922 ton və ya 16,2% azalıb.
2022-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan 2 milyard 486 milyon 160 min dollar dəyərində 3 milyard 963 milyon 667 min kub metr təbii qaz ixrac edilib. 2021-ci ilin 2 ayı ərzində Azərbaycandan 357 milyon 692 min dollar dəyərində 3 milyard 318 milyon 506 min kub metr təbii qaz ixrac edilmişdi. Beləliklə, təbii qaz ixracı dəyər ifadəsilə 7 dəfə, miqdar ifadəsilə 19,4% artıb. (Marja)