2022-ci ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 940 milyon 220 min ABŞ dolları təşkil edib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac 5 milyard 967 milyon 735 min ABŞ dolları, idxal 1 milyard 972 milyon 485 min ABŞ dolları təşkil edib. Saldo müsbət 3 milyard 995 milyon 250 min dollar olub.
İxracın 5 milyard 505 milyon 934 min dolları neft-qaz sektoruna daxil olan mallar üzrə olub.
Xatırladaq ki, 2021-ci ilin ilk iki ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 4 milyard 399 milyon 969 min ABŞ dolları, o cümlədən ixrac 2 milyard 787 milyon 994 min ABŞ dolları, idxal 1 milyard 611 milyon 975 min ABŞ dolları, saldo mübət 1 milyard 176 milyon 19 min ABŞ dolları təşkil etmişdi. İxracın 2 milyard 456 milyon 711 min dolları neft-qaz sektoruna daxil olan mallar üzrə olmuşdu. (Marja)